Netanyahu karantinə alındı
Mart 30, 2020 15:55 Asia/Baku
Sionist rejimin baş nazirinin ofisi Benyamin Netanyahunun və onun bir neçə köməkçinin ev karantinnə alındıqlarını bildirib.
Bu məlumatda deyilir ki, sionist rejimin baş naziri Benyamin Netanyahunun köməkçisi Rivka Paluçun COVID-19 analizinin müsbət olmasından sonra Benyamin Netanyahu və onun bir neçə köməkçi ev karantinnə keçməyə məcbur oldular.
"Tayms off İsrail" qəzeti də dünən Rivka Paluçun koronavirus analizinin müsbət olmasından xəbər verdi.
Bu məlumata görə, Paluç ərinin koronavirus analizinin müsbət olmasının elan edilməsindən sonra bu testi verməyə məcbur olub.
Sionist rejimin səhiyyə nazirliyi də bu gün bildiribdir ki, işğal olunmuş Fələstində koronavirusa yoluxanların ümumi sayı 4347 nəfərə çatıbdır.
NETANYAHU KARANTİNƏ ALINDI
Teqlər