ABŞ-ın ehtimal olunan hər cür hücumuna cavab qətiyyətli olacaq
https://azeri.sahartv.ir/news/qərbi_asia-i360012-abŞ_ın_ehtimal_olunan_hər_cür_hücumuna_cavab_qətiyyətli_olacaq
İraqda «Səraya əl-Xorasani» təşkilatının baş katibi vurğulayıb ki, ABŞ-ın müqavimət qruplarına qarşı ehtimal olunan hər cür hücumuna cavab qətiyyətli və şücaətli olmalıdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 01, 2020 06:09 Asia/Baku
  • ABŞ-ın ehtimal olunan hər cür hücumuna cavab qətiyyətli olacaq
    ABŞ-ın ehtimal olunan hər cür hücumuna cavab qətiyyətli olacaq

İraqda «Səraya əl-Xorasani» təşkilatının baş katibi vurğulayıb ki, ABŞ-ın müqavimət qruplarına qarşı ehtimal olunan hər cür hücumuna cavab qətiyyətli və şücaətli olmalıdır.

Əli əl-Yasiri Əlaləm telekanalı ilə müsahibədə deyib: Amerikalı hərbçilər İraqdakı məğlubiyyətdən və öz hərbi bazalarından qaçdıqdan sonra yeni bir fitnə işləməklə müqavimət qruplarını qorxu və dəhşətə salmağa çalışırlar. Belə bir halda, amerikalı hərbçilərlə hər cür mübarizə üçün İraq müqavimətinin əzmkarlığı möhkəm və sarsılmazdır. Amerikanın hücumları bizim üçün dəyərsizdir, zira hər hücum bizim amerikalı hərbçilərlə mübarizədəki əzmkarlığımızı daha da artırır.

Əlyasiri sonra bildirib ki, amerikalı qüvvələrin İraqın müqavimət qüvvələrinə qarşı hər cür hücumuna cavab şücaətli olmalıdır. O, sonra belə xəbərdarlıq edib: Amerikanın İraqın müqavimət qüvvələrinə qarşı ehtimal olunan hər cür hücumuna cavab veriləcək. Amerikalı düşmən İŞİD-in məğlubiyyətindən sonra İraqın olaylar səhnəsini zəiflətmək məqsədilə yeni firnə və plan icra etmək üçün proqramlaşdırma aparmaqdadır. Biz hazırda bir dilemma qarşısında durmuşuq; suverenliyimiz və ləyaqətimizin qorunması və ya Amerikanın istəyi və iradəsi qarşısında təslim olmaq.

Əlyasiri sonra belə qeyd edib: Üç min amerikalı qüvvənin bu ölkənin Bağdaddak səfirliyində olması bir çox sual və şəkk-şübhə doğurubdur. Amerikalılar sübut ediblər ki, İraqın iradəsi və tələbinə məhəl qoymurlar. Amerika öz hədəflərini həyata keçirmək üçün bəzi daxili tərəf və qruplara bel bağlayıbdır. Lakin İraq xalqı heç vaxt buna yol verməyəcək. Amerikalılar çalışıblar ki, bəzi şiə partiyalarını və onların rəhbərlərini tələyə salsınlar, lakin bu yolda uğursuz qalıblar.

ABŞ-IN HÜCUMUNA CAVAB QƏTİYYƏTLİ OLACAQ