Ərriyad OPEK-in təcili iclasının keçirilməsini istəyib
-
Ərriyad OPEK-in təcili iclasının keçirilməsini istəyib
Ərəbistan OPEK ölkələri və digər neft istehsal edən ölkələrin təcili iclasının keçirilməsini istəyib.
Ərriyad bu xahişi neft ölkələrinin neft sahəsində ədalətli bir razılaşmaya çatmaları məqsədilə irəli sürübdür.
Ərriyadın bu çağırışı ABŞ prezidenti Donald Trampın səud vəliəhdi Muhəmməd bin Salmanla neft bazarının cari şəraiti barədə telefon söhbətindən dərhal sonra edilibdir.
Ərəbistanın ARAMKO neft şirkəti koronavirus pandemiyasının ardınca neft tələbinin azalmasına görə, cümə axşamı günü bildirdi ki, öz neft ixracatını misli görünməmiş tərzdə artıraraq, gündə 18 milyon 800 min barrelə çatdırıbdır.
OPEK-in Rusiya ilə razılığa gələ bilməməsindən və qiymətlərin Ərəbistan tərəfindən azaldılmasından sonra xam neftin qiyməti təqribən ötən 30 ildə ən böyük qiymət süqutunu təcrübə etdi.
ƏRRİYAD OPEK-İN TƏCİLİ İCLAS KEÇİRMƏSİNİ İSTƏYİB