Yəmənin şərqində Ərəbistanın bir qrup muzdur komandiri öldürülüb
-
Əfqanıstanda onlarla yeni koronaviruslu xəstə aşkar edilib
Ərəbistanın tabeliyində olan bir qrup muzdur komandir Yəmənin şərqində yerləşən Marəb vilayətində gedən döyüşlərdə öldürülüb.
Ərəbistanın tabeliyində olan muzdurlar bu xəbəri təsdiq ediblər. Həmin muzdurlar Yəmənin şərqində yerləşən Marəb vilayətinin Sərvah bölgəsində yəmənli qüvvələrlə döyüşdə öldürülüblər.
Yəmənin istefa vermiş baş naziri Əbd Rəbbuh Mənsur Hadi hökumətinə tabe olan bəzi mediya mənbələrinin məlumatlarına görə, bu döyüşlərdə 310-cu diviziyanın komandrilərindən olan Muhəmməd Kamil Əlzifani, bu diviziyanın əməliyyat komandiri Həmid Əlməsuri və elə həmin diviziyanın hərbi qərargah rəisi Əhməd Əlşəhari, habelə 72-ci diviziyanın komandirlərindən olan Xalid Əlcəmai öldürülüblər.
Bu mənbələr həmçinin bildiriblər ki, muzdur yarımhərbçilərin tabeliyində olan səksən zabit və hərbçi Sərvahın Kufəl dağlarında müştərək yəmənli qüvvələrlə döyşdə öldürülübdür.
SƏUDİYYƏNİN BİR QRUP MUZDUR KOMANDİRİ ÖLDÜRÜLÜB