Ərəbistanda koronavirus böhranı
-
Ərəbistanda koronavirus böhranı
Ərəbistanın səhiyyə nazirliyi koronavirus böhranının qızğın çağında bu ölkənin qarşısında duran etapı çox çətin adlandırıb və bu ölkə vətəndaşlarından və həmin ölkədə yaşayan şəxslərdən yüz minlərlə nəfərin bu xəstəliyə yoluxması ehtimalından xəbər verib.
Ərəbistan səhiyyə nazirliyinin sözçüsü Muhəmməd Ələbd Əlali dünən, ötən bir sutka ərzində bu ölkədə 272 koronavirusa yeni yoluxma halının qeydə alınmasından xəbər verib. Bu rəqəm Ərəbistanda bir gündə koronavirusa yoluxma üzrə ən yüksək göstəricidir.
Bundan öncə Ərəbistanda bir gündə koronavirusa yoluxma üzrə orta göstərici, qeydə alınmış 138 hal idi.
Ərəbistanın səhiyyə nazirliyi bildirib ki, bu ölkədə koronavirusa yoluxanların sayı indiyədək 2795 nəfərə çatıb və bu miqdardan 41 nəfəri vəfat edib.
Ərəbistan səhiyyə nazirliyinin sözçüsü deyib: Ərəbistan vətəndaşlarının karantin tədbirlərinə öhdəlik miqdarı, 50 faizdir və əgər vətəndaşlar və bu ölkədə yaşayan şəxslər təlimatlara sadiq qalmaq istəməzlərsə, Ərəbistanda yüz minlərlə nəfər koronavirusa yoluxacaq və bu xəstəlik nəzarətdən çıxacaqdır.
Tanınmış ərəbistanlı ifşaçı və tənqidçi Muctəhid bir tvitter mesajında yazıb: Ərəbistan səhiyyə nazirinin sözləri bu ölkədə koronavirusa yoluxanların real sayının etiraf edilməsinə zəmin yaradır. Bu rəqəm hal-hazırda on minlərlə nəfərdir.
Ümumdünya Səhiyyə Təşkilatının bildirdiyinə görə, indiyədək dünyada bir milyon 410 nəfər koronavirusa yoluxubdur ki, bu miqdardan 81 min nəfərdən çox insan vəfat edib və təqribən 300 min nəfər də sağalıbdır.
ƏRƏBİSTANDA KORONAVİRUS BÖHRANI GENİŞLƏNİR