Qəzzənin səhiyyə nazirliyi təcili yardım istəyib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i360373-qəzzənin_səhiyyə_nazirliyi_təcili_yardım_istəyib
Qəzzə zolağında koronavirus pandemiyasının başlanmasına rəğmən, sionist rejim Qəzzənin mühasirəsindən əl çəkmir və bu bölgə bir insan faciəsi astanasındadır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 10, 2020 09:00 Asia/Baku
  • Qəzzənin səhiyyə nazirliyi təcili yardım istəyib
    Qəzzənin səhiyyə nazirliyi təcili yardım istəyib

Qəzzə zolağında koronavirus pandemiyasının başlanmasına rəğmən, sionist rejim Qəzzənin mühasirəsindən əl çəkmir və bu bölgə bir insan faciəsi astanasındadır.

Qəzzənin səhiyyə nazirliyi bir açıqlamada bildirib ki, koronavirusa yoluxan şəxslərin sayının artması ilə sınaq şüşələri qurtarıb və sınaq şüşələrini təmin etmək üçün bütün ölkələrdən yardım istənilibdir.

Müsahibə: Biz bir daha yerli, regional və beynəlxalq məsul orqanlardan istəyirik ki, Qəzzə qarşısındakı öhdəliklərinə əməl etsinlər. Onlardan istəyirik ki, bizə COVID-19-la bağlı sınaq şüşələri və bu virusla mübarizə üçün bütün profilaktik vasitələri versinlər.

Bu xahiş elə bir halda irəli sürülüb ki, Qəzzə zolağı koronavirusun profilaktikası üzrə tibb ləvazimatları qıtlığı ilə üzləşir. Belə bir halda, əgər Qəzzə zolağında koronavirus pandemiyasının profilaktikası üçün lazımi tədbirlər görülməzsə, insan faciəsi baş verəcək.

Müsahibə: Sionist rejim Qəzzə zolağında koronavirus pandemiyası qarşısında məsuliyyət daşıyır və biz İslami Cihad Hərəkatında işğalçılara bu icazəni verməyəcəyik ki, böhranlı vəziyyətdən sui-istifadə etmiş olsunlar.

Bu, sionist rejimin əsl simasıdır ki, hər bir şəraitdə, hətta koronavirus pandemiyası zamanı Qəzzənin mühasirəsindən əl çəkmir. Fələstinlilərin insanın ən ibtidai ehtiyaclarından məhrum olmaları ilə bu dəfə Qəzzədə insan faciəsi digər bir cəhət alıbdır.

QƏZZƏNİN SƏHİYYƏ NAZİRLİYİ TƏCİLİ YARDIM İSTƏYİB