Təcazüzkarlar yəmənli əsirlərin mübadiləsi planının uğursuz olamasında məsuliyyət daşıyırlar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i360378-təcazüzkarlar_yəmənli_əsirlərin_mübadiləsi_planının_uğursuz_olamasında_məsuliyyət_daşıyırlar
Sənadakı siyasi qruplar, təcavüzkar səud koalisiyası və onun müttəfiqlərini hər iki tərəfdən 1400-dən çox əsirin mübadiləsi planının uğursuz olmasında əlləri olmaqda günahlandırırlar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 10, 2020 13:26 Asia/Baku
  • Təcazüzkarlar yəmənli əsirlərin mübadiləsi planının uğursuz olamasında məsuliyyət daşıyırlar
    Təcazüzkarlar yəmənli əsirlərin mübadiləsi planının uğursuz olamasında məsuliyyət daşıyırlar

Sənadakı siyasi qruplar, təcavüzkar səud koalisiyası və onun müttəfiqlərini hər iki tərəfdən 1400-dən çox əsirin mübadiləsi planının uğursuz olmasında əlləri olmaqda günahlandırırlar.

Yəməndə əsirlər məsələsində nisbi irəliləyişin və İordaniyada hər iki tərəfdən 1400 əsirin azad edilməsi üzrə razılığın əldə edilməsindən sonra bir daha mürəkkəbliklər bu işin üzərinə kölgə salıb və bu razılaşma sənədinin imzalanmasından bir ayın keçməsinə rəğmən, onun icrası bir çox maneələrlə üzləşib və Sənada Əsilərin İşləri üzrə Milli Komitənin bildirdiyinə əsasən, Səud koalisiyası və onun müttəfiqlərinin ləngitməsi və  imtina etməsi səbəbindən bu günə qədər bu saziş icra edilməyib.

Yəməndə Milli Qurtuluş Hökumətinin Əsirlərin İşləri üzrə Milli Komitəsinin sədri Əbdülqadir Əl-Mürtəza öz açıqlamasına deyib: Biz, qarşı tərəflə əldə olunan razılaşmaların icrasına tam hazırıq, amma təəssüf ki, qarşı tərəf imzaladığı və üzərinə götürdüyü  öhdəliklərə sadiq deyil. Biz öz adımızdan, azad etmək istədiyimiz bütün şəxslərəin məlumatını elan etdik, lakin qarşı tərəf çox gecikdi və bu da məsələlərin mürəkkəbləşməsinə  və nəticə verməməsinə səbəb oldu. 

Bundan əvvəl rəsmi Səna  birtərəfli planlar irəli sürüb və onun nəticəsində hər iki tərəfdən yüzlərlə əsir azad edilib, lakin görünür təcavüzkarlar koalisiyasının bu humanitar işə yanaşması digər işlərdə və bütün razılaşmaların icrasında olduğu kimi qeyri-ciddilik və onun qrupları arasında mübadilə mexanizmi ilə bağlı qarşıdurmaların nəticəsidir. Məsələ daha da qəlizləşib, belə ki, tacavüzkarların həbsxanalarında əsirlərə qarşı cinayət əməlləri törədirlər.

 Komitə sədri əlavə edib: "Təcavüzkar qüvvələr və onların muzdluları təcavüzün başlanğıcından bu günə qədər əsirlərə qarşı təhlükəli vəhşiliklər törədirlər, o cümlədən, həbsxanalarda fiziki işgəncələr, əsirləri gizlətmək, həmçinin, onları bütün hüquqlarından məhrum etmək".

Sənadakı siyasi qruplar bu qənaətdədirlər ki, təcavüzkarların əsirlərin mübadiləsini gecikdirmələri və onlara qarşı cinayətlərini təkrar etmələri, bu əməllərin təcavüzkar qüvvələr üçün planlaıdırılmış bir davranışa çevrilib və buna görə də bu işin problemlərini aradan qaldırmaq üçün qətiyyətli bir beynəlxalq mövqe tutmağa çağırırlar.

Rəsmi Səna hesab edir ki, əsirlərə qarşı bu cür cinayətlər və vəhşiliklər təcavüzkarların imzalanmış anlaşmaların icrası üçün edilən səyləri məğlubiyyətə uğratmaq istiqamətindəki hərəkətləri çərçivəsində törədilir, hansı ki, bu həssas işin və onun qarşısında duran maneələrin mürəkkəbliyini iki qat artırır.