Terrorçu ABŞ hərbçilərinin İraq-Suriya sərhədindəki yeni fəaliyyətləri
https://azeri.sahartv.ir/news/qərbi_asia-i360502-terrorçu_abŞ_hərbçilərinin_İraq_suriya_sərhədindəki_yeni_fəaliyyətləri
İraqda Bədr təşkilatı terrorçu ABŞ hərbçilərinin İraq-Suriya sərhədindəki yeni fəaliyyətlərini ifşa edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 14, 2020 04:26 Asia/Baku
  • Terrorçu ABŞ hərbçilərinin İraq-Suriya sərhədindəki yeni fəaliyyətləri
    Terrorçu ABŞ hərbçilərinin İraq-Suriya sərhədindəki yeni fəaliyyətləri

İraqda Bədr təşkilatı terrorçu ABŞ hərbçilərinin İraq-Suriya sərhədindəki yeni fəaliyyətlərini ifşa edib.

Bədr təşkilatının ofis başçısı Qəsa Ələnbari dünən gecə bildirib ki, son bir neçə gün ərzində terrorçu ABŞ hərbçiləri daimi şəkildə Suriyanın Bukəmal və İraqın Rəbiə bölgələri arasında patrul keçməkdədirlər.

Qəsa Ələnbarinin sözlərinə görə, terrorçu amerikalı hərbçilər Ələnbar vilayətindəki Əynuləsəd bazasından Suriyanın daxili və sərhəd bölgələrinə doğru gediş-gəlişdədirlər.

Bundan öncə Rusiya və Suriya Amerikanı onda ittiham etmişdilər ki, iddia olunan humanitar yardımlar çətiri altında Suriya-İraq sərhədinin yaxınlığında yerləşən «Əlrəkban» düşərgəsindəki terrorçulara silah və hərbi təchizatlar göndərir.

Belə bir halda, İraq parlamentinin üzvü Muxtar Əlmusəvi bazar günü bildirib ki, Amerika öz qüvvələrini yerləşdirmək məqsədilə İraq-Suriya sərhədi yaxınlığındakı bəzi bölgələri qəsb etmək niyyətindədir.