Amerikalı hərbçilərin qovulmaları tələbindən geri çəkilməyəcəyik
-
Amerikalı hərbçilərin qovulmaları tələbindən geri çəkilməyəcəyik
İraqda Əlhəşduşşəbi təşkilatının komandanlarından biri vurğulayıb ki, İraq xalqı və Əlhəşduşşəbi amerikalı hərbçilərin bu ölkədən qovulmaları tələbindən geri çəkilməyəcəklər.
Camaləddin Əlsəğir komandanlar Qasem Soleymani və Əbu Məhdi Əlmuhəndisin şəhadətlərinin yüzüncü günü münasibətilə Əlaləm telekanalı ilə müsahibədə deyib ki, İraq xalqının bütün təbəqələri bu şəhid komandanların şəhid olduqları andan bəri bir səslə amerikalı hərbçilərin qovulmalarını tələb edirlər. Bizim komandanları rəzillik və alçaqlıqla şəhid edən və İraqın suverenliyinə riayət etməyən işğalçı və qorxaq Amerika hökuməti ümid edirdi ki, İraq xalqı və regionun digər xalqlarını pis günə qoyacaq və Amerikanın axmaq prezidenti Tramp iddia etdi ki, Soleymanini öldürdükdən sonra dünya və Amerika daha əmin-aman olubdur. Lakin biz onlara deyirik ki, dünya siz qorxaqlar üçün daha çox qorxunc və dəhşətli bir yerə çevrilibdir və şəhid komandanlar sizə qarşı mübarizə üçün bizim yol işığımıza çevriliblər. O, sonra deyib: Şübhəsiz, biz sonda qalib gələcəyik. Biz amerikalı qüvvələrə deyirik ki, öz ölkənizə qayıdın, zira xalqınızın sizə ehtiyacı var. Digər xalqlar özləri öz vəziyyətlərinə görə məsuliyyət daşıyırlar. Biz bir daha cənab Seyyid Həsən Nəsrullahın sözlərini təkrar edirik ki, region ölkələrindən çıxmayacağınız təqdirdə, şaquli gəldiniz və üfüqi şəkildə qayıdacaqsınız. Tezliklə biz işğalçı amerikalı hərbçilərin regiondan çıxmalarının şahidi olacağıq.
ABŞ HƏRBÇİLƏRİNİN QOVULMALARI TƏLƏBİNDƏN ƏL ÇƏKMƏYƏCƏYİK