Koronavirusa yoluxan səud şahzadələrinin sayı artıb
-
Koronavirusa yoluxan səud şahzadələrinin sayı artıb
Bir səud mənbəyi koronavirusa yoluxan səud şahzadələrinin sayının artmasından xəbər verib. Bildirib ki, onların müalicəsinə iki hotel ayrılıb.
Bundan öncə səud şahzadələrinin həbs olunmalarını ifşa edən Ələhd Əlcədidin tvitter hesabı dünən gecə bildirib ki, şahzadələr arasında koronavirusa yoluxanların real sayı 150 nəfərdən çoxdur.
Səud şahzadələrinə aid olan Ciddə ixtisaslaşdırılmış xəstəxanası yeni koronavirusa yoluxma hallarını qəbul etmək üçün kifayət etmir. Buna görə, yoluxmuş şahzadələrin yerləşdirilmələri və müalicəsi üçün iki hotel ayrılıbdır.
Bundan öncə bildirilmişdi ki, ali-səud xanədanının 150-ə yaxın üzvü koronavirusa yoluxub və bu şəxslərin bəziləri kral ailəsinin yüksək vəzifəli üzvlərindəndirlər.
Son statistikalara görə, indiydək Ərəbistanda 7 min nəfərdən çox insan koronavirusa yoluxub. Bu miqdardan 87 nəfər vəfat edibdir.
COVID-19-A YOLUXAN SƏUD ŞAHZADƏLƏRİNİN SAYI ARTIB