Səudların Yəmənin cənubundakı əməliyyatı uğursuz qalıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i360789-səudların_yəmənin_cənubundakı_əməliyyatı_uğursuz_qalıb
Yəmənin ordusu və xalq komitələri qüvvələri təcavüzkar səud koalisiyası qüvvələrinin Yəmənin cənubundakı «Bab Qələq» bölgəsində irəliləyiş üzrə əməliyyatını uğursuz qoyublar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 21, 2020 05:34 Asia/Baku
  • Səudların Yəmənin cənubundakı əməliyyatı uğursuz qalıb
    Səudların Yəmənin cənubundakı əməliyyatı uğursuz qalıb

Yəmənin ordusu və xalq komitələri qüvvələri təcavüzkar səud koalisiyası qüvvələrinin Yəmənin cənubundakı «Bab Qələq» bölgəsində irəliləyiş üzrə əməliyyatını uğursuz qoyublar.

Yəmən silahlı qüvvələrinin sözçüsü Yəhya əl-Səri bildirib ki, yəmənlilərin müdafiə əməliyyatı zamanı səud koalisiyasının azı 52 muzduru ölüb və ya yaralanıbdır.

Belə bir halda, Yəmənin Əlməsirə telekanalı dünən gecə bildirib ki, təcavüzkar səud koalisiyasının qırıcıları Yəmənin bir neçə vilayətini, o sıradan Marəb və Səədəni bombalayıblar.

Bu hücumlarla bağlı xatırladaq ki, təcavüzkar səud koalisiyasının sözçüsü Türki Əlmaliki aprelin 9-u səhər Yəməndə atəşkəs razılaşmasından xəbər verdi. İddia etdi ki, bu atəşkəs iki həftə sürəcək və ondan sonra da uzadıla bilər.

Yəmənlilər səud koalisiyası tərəfindən atəşkəsin elan olunmasını öz qüvvələrini bərpa etmək üçün zaman qazanmaq kimi dəyərləndirirlər.

Ərəbistan ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və bir neçə digər ölkənin himayəsilə 2015-ci ilin martında Yəmənə hərbi təcavüz edərək, bu ölkəni quru, dəniz və havadan mühasirəyə alıbdır. Ərəbistan ilə müttəfiqlərinin militarizmi indiyədək on altı mindən çox yəmənlinin həyatını itirməsi, on minlərlə nəfərin yaralanması və milyonlarla yəmənlinin didərgin düşməsilə nəticələnibdir.