Birlik, sionist rejmin yeni nazirlər kabineti ilə mübarizəyə lazım olan məsələdir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i360805-birlik_sionist_rejmin_yeni_nazirlər_kabineti_ilə_mübarizəyə_lazım_olan_məsələdir
Fələstin İslam Müqaviməti Hərəkatı- HƏMAS-ın rəhbələrindən olan İsmail Rizvan dünən Livanın Əlməyadin telekanalı ilə müsahibədə deyib ki, koordinasiya və birliklə sionist rejmin yeni nazirlər kabineti ilə mübarizə aparmaq lazımdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 22, 2020 06:36 Asia/Baku
  • Birlik, sionist rejmin yeni nazirlər kabineti ilə mübarizəyə lazım olan məsələdir

Fələstin İslam Müqaviməti Hərəkatı- HƏMAS-ın rəhbələrindən olan İsmail Rizvan dünən Livanın Əlməyadin telekanalı ilə müsahibədə deyib ki, koordinasiya və birliklə sionist rejmin yeni nazirlər kabineti ilə mübarizə aparmaq lazımdır.

Sionist rejimin baş naziri Benyamin Netanyahu və «Mavi və Ağ» koalisiyasının sədri Beni Qants uzun-uzadı məşvərətdən sonra nəhayət bazar ertəsi günü koalisiya kabinetinin təşkili barədə razılığa gəliblər.

İsmail Rizvan bildirib ki, bildirib ki, Beni Qants və Netanyahu bir sikkənin iki üzüdürlər. O, deyib ki, sionist rejimin yeni nazirlər kabinetinə real cavab, fələstinli qruplar arasında birlik və Fələstin muxtariyyətinin bu rejimlə koordinasiyanın dayandırılmasıdır.

Rizvan sionist rejimin nazirlər kabinetini müharibə kabineti adlandırıb. Qeyd edib ki, sionistlərin hazırkı kabineti ilə mübarizə üçün sıx bir fələstinli strategiyası tətbiq edilməlidir.

HƏMAS-ın baş üzvü sonda deyib ki, işğalçı rejimin Qəzzəyə hücum qüdrəti yoxdur, zira bilir ki, müqavimətin onlara cavabı dağıdıcı olacaq.

 

BİRLİK, SİONİSTLƏRLƏ MÜBARİZƏYƏ LAZIM OLAN MƏSƏLƏDİR