Əlcəzirə Ərriyadı ifşa edir
Qətərin Əlcəzirə telekanalının peşəkar aparıcısı deyib ki, Ərəbistan kəşfiyyatı onu ölümlə hədələyibdir.
Qətərin Əlcəzirə telekanalının peşəkar aparıcısı Camal Riyan tvitter-dəki şəxsi hesabında yazıbdır ki, bir həftə ərzində üç dəfə Ərəbistanın kəşfiyyat orqanı tərəfindən ölümlə hədələnib.
Camal Riyan Ərəbistanın sərt tənqdiçilərindən sayılır. O, son zamanlar «La İlahə İlləllah, Muhəmməd Rəsulallah» ifadəsinin Ərəbistan bayrağından götürülməsini istəyib. O həmçinin Ərəbistan bayrağındakı qılınc təsvirinin də götürülməsinə israr edibdir.
Bu televiziya aparıcısının Ali-Səud rejimi tərəfindən hədələnməsi elə bir halda baş verir ki, 2018-ci ilin oktyabrında da Vaşinqton Post qəzetinin səudiyyəli jurnalisti Camal Qaşıqçı Ərəbistanın İstanbuldakı konsulluğunda səudiyyəli təhlükəsizlik qüvvələri tərəfindən faciəli surətdə qətlə yetirildi. Bu qətlə fərmanı Ərəbistan vəliəhdi Muhəmməd bin Salman vermişdi.
ƏLCƏZİRƏ ƏRRİYADI İFŞA EDİR