Onlarla səud təcavüzkarı məhv edilib
Yəmən ordusu və xalq komitələri onlarla səud təcavüzkarını məhv edərək, onların Yəmənin Əlcuf, Təiz və Əlbiyza bölgələrindəki irəliləyişlərini uğursuz qoyublar.
Yəmən silahlı qüvvələrinin sözçüsü Yəhya Əlsəri dünən gecə bildirib ki, səud təcavüzkarlarının Əlbyzanın Natə və Qaniyyə, Əlcufun Xub və Əlşəəb, həmçinin Təizin Həyfan bölgələrinə doğru irəliləyişləri uğursuz qalıb. O, sonra deyib: Bu əməliyyat zamanı otuz səud muzduru ölüb, 45 nəfər də yaralanıbdır.
Yəhya Əlsəri həmçinin deyib: Yəmən ordusu və xalq komitələri Əsir vilayətindəki Baqəm və Əlrəbuə sərhəd bölgəsinə qarşı iki əməliyyatı zərərsizləşdirib və düşmən qüvvələrə böyük xəsarətlər vurublar.
Əlsəri qeyd edib ki, təcavüzkar səud qırıcıları 35 dəfə Marəb və Əlcuf vilayətlərindəki müxtəlif bölgələri və sərhəd cəbhələrini hədəfə alıblar.
Səud rejiminin vəhşiliyinin yeni dalğası elə bir halda baş verir ki, bundan öncə səud başçıları BMT-nin Yəməndə təklif etdiyi atəşkəs ilə razılaşmışdılar.
Səud təcavüzkarları koronavirus pandemiyasına görə, Yəməndə atəşkəsin bərqərar olduğunu iddia etmiş, əslində isə bir gün olsun belə, bu ölkəni bombalamaqdan əl çəkməmişdilər.
ONLARLA SƏUD TƏCAVÜZKARI MƏHV EDİLİB