Sionist rejim İran peykinin uğurlu atışından hiddətlənib
Sionist rejimin xarici işlər nazirliyi bir açıqlamada İranın «Nur» peykinin uğurlu atışına reaksiya verib.
Sionist rejimin xarici işlər nazirliyi dünən «Nur» peykinin uğurlu atışından sonra İranın bu hərəkətinə hiddət ifadə edib və İslam İnqilabı Keşikçiləri Korpusunun həmin raket uğurunu pisləyibdir.
Sionist rejim həmçinin iddia edib ki, bu rejim İran tərəfindən süni peykin atılmasının beynəlxalq səviyyədə pislənilməsi və İrana qarşı daha çox sanksiyanın tətbiq edilməsini istəyir ki, o, təhlükəli və xoşagəlməz fəaliyyətlərdən çəkindirilmiş olsun.
«Nur» peyki İranın ilk hərbi peyki kimi çərşənbə günü səhər Sepah tərəfindən üçetaplı «Qased» peykdaşıyıcı vasitəsilə İranın mərkəzi səhrasından kosmosa buraxılaraq, yerin 425 kilometrlik orbitində yerləşdi.
İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın baş komandanı general-mayor pasdar Hoseyn Səlami müdafiə istifadəsi də olan bu çoxməqsədli peykin uğurlu atışından sonra vurğuladı ki, peykin kosmosa göndərilməsinədək görülmüş bütün işlər xaricə söykənmədən yerli elmə arxalanmaqla həyata keçirilibdir.
İran İslam Respublikasının ilk hərbi peykinin yerin orbitində yerləşməsi həmçinin Russia Əlyəum telekanalında, İraqın Əlqəd informasiya saytında, Suməriyyə Nyus telekanalında, Livanın Ənnəşrə qəzetinin saytında, Frans-24 telekanalında, həmçinin dünya və regionun digər medialarında geniş şəkildə işıqlandırılıb və bu medialar Nur peykini İran üçün böyük nailiyyət adlandırdılar.
SİONİST REJİM İRAN PEYKİNİN UĞURLU ATIŞINDAN HİDDƏTLƏNİB