Livan ordusundan 23 nəfər yaralanıb
Livan ordusunun komandanlığı dünən gecə Tripoli və Saydadakı çaxnaşmalarda 23 hərbçinin yaralanmasından xəbər verib.
Livan ordusunun komandanlığı bu gün bir açıqlamada bildirib ki, çərşənbə günü gecə Livanın şimalında yerləşən Tripoli və cənubunda yerləşən Sayda şəhərlərində baş verən çaxnaşmalar zamanı hərbçilərə tərəf alovlanan maddələr, daş və «Molotov kokteyli»i atmasına, çaxnaşma salmasına, həmçinin dövlət və xüsusi əmlakları dağıtmasına görə 24 nəfər həbs olunub.
Livan bazar ertəsi günü gecədən anti-hökumət etirazlarının şahididir.
Bazar ertəsi günü gecə Tripoli şəhərində baş verən etirazlarda Livan ordusunun təqribən 40 hərbçisi və bir qrup etirazçı yaralanıb.
Çərşənbə axşamı günü gecə baş verən nümayişlər və toqquşmalarda isə səksəndən çox livanlı hərbçi yaralanıbdır.
Livanın baş naziri Həsən Diyab kənar amilləri bu ölkədə yeni zorakılıqların formalaşması amilləri adlandırıbdır.
LİVAN ORDUSUNDAN 23 NƏFƏR YARALANIB