HƏMAS İslam Ümmətinin birliyini vurğulayıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i361208-hƏmas_İslam_Ümmətinin_birliyini_vurğulayıb
Fələstin İslam Müqaviməti Hərəkatı- HƏMAS, sionist rejimin Suriyaya qarşı təcavüzləri ilə mübarizə üçün İslam Ümmətinin həmrəyliyini istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 01, 2020 12:00 Asia/Baku
  • HƏMAS İslam Ümmətinin birliyini vurğulayıb

Fələstin İslam Müqaviməti Hərəkatı- HƏMAS, sionist rejimin Suriyaya qarşı təcavüzləri ilə mübarizə üçün İslam Ümmətinin həmrəyliyini istəyib.

Suriyanın rəsmi SANA informasiya agentliyi bu gün səhər tezdən sionist rejim vertolyotlarının Suriyanın Qunəytrə vilayətinə qarşı hücumundan xəbər verib.

HƏMAS hərəkatının sözçüsü Hazim Qasim sionist rejimin Suriyaya qarşı hücumlarına cavab olaraq, deyib ki, sionist rejim Suriya ərazisini hədəfə alaraq, qoçuluq və dikbaşlıq edir.

HƏMAS sözçüsü sionist rejimin bu qoçuluğu və dikbaşlığı ilə mübarizə yolunu, İslam Ümmətinin vahid və ahəngdar səyləri və bu rejimlə münasibətlərin adiləşdirilməsini istəyən şəxslərin rədd olunmaları adlandırıb.

HƏMAS İSLAM ÜMMƏTİNİN BİRLİYİNİ VURĞULAYIB