İŞİD-in son hücumları amerikalıların İraqdakı iştiraklarının davam etdiyinə əsas verir
İraqda «Əsaib Əhlulhəqq» hərəkatının baş katibi Qeys Əlxəzəli İŞİD terror qrupunun son hücumlarına reaksiyada bir açıqlamada bildirib ki, bu hücumlar amerikalıların İraqdakı işğalçılıqlarının davam etdiyinə əsas verir.
Şənbə günü səhər tezdən Əlhəşduşşəbi qüvvələrinin İraqın Səlahədddin vilayətində yerləşən Samirra şəhərinin şimalı və Tikritin cənubundakı Məkişfə və Bələd bölgələrində İŞİD terror qrupunun ünsürləri ilə kəskin döyüşləri gedişində Əlhəşduşşəbi qüvvələrindən on nəfər ölüb, 4 nəfər də yaralanıbdır.
Bu döyüşlərdə bir qrup terrorçu da ölüb və ya yaralanıbdır.
İraqda «Əsaib Əhlulhəqq» hərəkatının baş katibinin açıqlamasında deyilir: Bu hücumlar sionist rejimin təhlükəsizliyi və neftə hökmranlıq məsələsi istiqamətində həyata keçir.
Əlxəzəli deyib: Amerika İraq parlamentinin əcnəbi hərbçilərin, o sıradan amerikalı qüvvələrin qovulmaları barədəki qərarına görə, Bağdaddan intiqam almaq ardıncadır.
Qeys Əlxəzəli İŞİD-in hücumları ilə yeganə və ən düzgün mübarizə yolunu İraqın kəşfiyyat orqanının gücünün genişləndirilməsi və fəallaşdırılması adlandırıb. Vurğulayıb ki, İŞİD-i gücləndirmək üçün gizli surətdə səy göstərən kəslərə söykənmək yerinə, iraqlı təhlükəsizlik qüvvələrinə söykənmək gərəkdir.
Əlxəzəli sonra deyib: Əlhəşduşşəbi İraqdakı siyasi zəifliyin fonunda, terrorçu İŞİD qruplaşmasının hücumları ilə mübarizə qüdrətinə malikdir.
İŞİD-İN HÜCUMLARI ABŞ-IN İRAQDAKI İŞTİRAKININ DAVAMINA ƏSASDIR