Əlhudəydədə atəşkəsin pozulması davam edir
May 17, 2020 09:50 Asia/Baku
Təcavüzkar səud koalisiyası ötən sutka ərzində 58 dəfə Yəmənin Əlhudəydə vilayətində atəşkəsi pozub.
SəhərAzəri-nin məlumatına görə, Yəmənin hərbi mənbələri bildiriblər ki, səud koalisiyasının tabeliyində olan qüvvələr bu ölkənin qərbində yerləşən Əlhudəydə vilayətindəki bölgələri raket və mərmi atəşləri ilə hədəfə alıblar.
Sənadan göndərilmiş heyət ilə Ərriyad heyəti arasında İsveçin Stokholm şəhərində razılaşdırılmış atəşkəs 2018-ci il dekabrın 18-dən Əlhudəydə liman şəhərində başlanıb, amma səud koalisiyası hər gün onu pozur.
Bu məllumata görə, səud koalisiyasının qırıcı-bombardmançı təyyarələri həmçinin ötən saatlarda Cuf, Biyza, Marəb və Nəcran vilayətlərindəki bölgələri bir neçə dəfə bombalayıblar.