May 26, 2020 07:22 Asia/Baku
  • Ərəbistanın sabiq təhlükəsizlik rəsmisinin övladları həbs olunublar

Ərəbistanın sabiq kəşfiyyat rəsmilərindən birinin ailəsi bu ailənin iki üzvünün həbs olunmasından xəbər verib.

SəhərAzəri xəbər veiri, Ərəbistanın kəşfiyyat təşkilatının İngiltərənin MI6 casusluq təşkilatı daxil olmaqla Qərbin kəşfiyyat təşkilatları ilə sabiq əlaqələndirici zabiti Səəd Cəbrinin bir oğlu və bir qızı hazırda həbsdədirlər.

Səəd Cəbrinin böyük oğlu Xalid Cəbri bununla bağlı deyib: Təqribən 50 təhlükəsizlik məmuru 20 avtomobillə onların Ərriyaddakı evlərinə gedibdir ki, onun qardaşı və bacısı 20 və 21 yaşlı Sara və Ömər Cəbrini həbs etmiş olsun.

Xalid Cəbri bacı və qardaşının həbs olunmasını Ərəbistan hökuməti başçılarının xuliqanlığı adlandırıb.

Səəd Cəbri üç il bundan öncə Ərəbistan vəliəhdi Muhəmməd bin Salmanın hakimiyyətə çatmasından nigaran olduğuna görə, bu ölkədən Kanadaya qaçmışdı.

Səəd Cəbri Ərəbistanın sabiq vəliəhdi Muhəmməd bin Naifin sağ əli adlandırılır.

Cəbri həmçinin Muhəmməd bin Salmanın nəzərinin əksinə olaraq, Ərəbistanın Yəmənə qarşı hərbi müdaxiləsinin müxaliflərindən idi və ölkəsinin bu savaşdan çıxmaq strategiyasına malik olmadığını bildirmişdi.

Teqlər