İyun 14, 2020 08:27 Asia/Baku
  • Livanın baş naziri:

Livanın baş naziri Həssan Diyab deyib: "Bu ölkədəki mövcud iğtişaşlar bəzi insanlar tərəfindən planlaşdırılıb".

SaharAzeri xəbər verir, Əl-Məyadin telekanalının məlumatına görə, Həssan Diyab keçirdiyi mətbuat konfransında deyib: "Livanın hazırkı hökuməti formalaşandan bəri bəziləri planlaşdırılmış şəkildə hökuməti qaralamağa çalışırlar".

Rəsminin sözlərinə görə, Livan hökumətinin bir çox nailiyyətləri olub. Lakin problemlərin əsas səbəbkarı olanlar və ölkəni dağıtdıqdan sonrə bir kənara çəkilənlər həqiqətləri tərsinə çevirməyə çalışırlar.

Livanın daxili işlər naziri Məhəmməd Fəhmi isə iyunun 12-də Beyrut şəhəri və Livanın başqa şəhərlərində baş verənləri açıq-aşkar təcavüz, kin üzündən həyata keçirilən, çirkin və yolverilməz hadisə kimi dəyərləndirib.

Paytaxt Beyrut və şimali şəhər olan Tripolidə qarşıdurmalar Livan lirəsinin ABŞ dolları qarşısında çökməsinə və yaşayış şəraitinin pisləşməsinə qarşı keçirilən etirazlardan sonra baş verib. Beyrut və Tripoli şəhərlərində iyunun 12-də təhlükəsizlik qüvvələri və etirazçılar arasında baş verən qarşıdurmalarda 42 nəfər yaralanıb və bu ölkənin ictimai və özəl əmlaka çoxlu ziyan dəyib.

 

Teqlər