Ərəb Liqası Cövlanda Tramp qəsəbəsinin salınmasını pisləyib
Ərəb Liqası dünən gecə sionist rejimin Suriyanın işğal olunmuş Cövlan bögəsində Tramp qəsəbəsi salmasını pisləyib.
SaharAzeri xəbər verir, Ərəb Liqasının Fələstin və işğal olunmuş ərəb əraziləri məsələləri üzrə baş katib müavini Səid Əbu Əli sionist rejimin Suriyanın işğal olunmuş Cövlan bögəsində Tramp qəsəbəsi salmasını pisləyərək, deyib ki, bu hərəkət qanunsuz bir hərəkətdir.
Səid Əbuəli sonra deyib: Ərəb Liqası hər gün sionist rejimin müsadirə, dağıntı və sionist qəsəbə salma hərəkətləri qarşısında dayanan Suriya xalqının mübarizəsini himayə edir.
Sionist rejim bazar günü işğal olunmuş Cövlan yüksəkliklərində Trampın adına yeni bir sionist sakinli qəsəbənin salınmasının başlanmasından xəbər verdi.
Sionist rejimin nazirlər kabineti ötən milad ilində Tramp qəsəbəsinin salınması layihəsini qəbul edərək, bildirdi ki, bu qəsəbəni ABŞ prezidenti Donald Trampın sionist rejimin işğal olunmuş Cövlan yüksəkliklərindəki hakimiyyətini tanımasına minnətdarlıq əlaməti olaraq, onun adı ilə adlandırıbdır.
Tramp ötən il martın 25-də beynəlxalq qanunlara zidd gedib, BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozaraq, Vaşinqtonun sionist rejimin işğal olunmuş Cövlan yüksəkliklərindəki hakimiyyətini tanımasına dair bir fərman imzaladı.
Tramp bu fərmanı sionist rejimin baş naziri Benyamin Netanyahunun hüzurunda Vaşinqtonda imzaladı.
Trampın bu hərəkəti beynəlxalq səviyyədə pislənildi.
Sionist rejim 1967-ci ildə Cövlan yüksəkliklərində Suriya ərazisindən təqribən 1200 kvadrat kilometri qəsb və bir müddət sonra bu bölgəni digər işğal olunmuş ərazilərə qatdı. Dünya ictimaiyyəti bu ilhaqı heç vaxt tanımayıbdır.
Təhlükəsizlik Şurası da bu bölgəni işğal olunmuş ərazi adlandırıbdır.
ABŞ hökuməti isə sionist rejimin işğalçılığının himayədarıdır.