Netanyahu dörd qəsbkarlıq planı təqdim edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i363384-netanyahu_dörd_qəsbkarlıq_planı_təqdim_edib
Sionist informasiya mənbələri qərb sahilindən daha çox ərazinin işğal olunmuş ərazilərə qatılması planının icrası üçün sionist rejimin baş naziri Benyamin Netanyahu tərəfindən dörd ssenarinin təqdim edilməsindən xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 18, 2020 10:44 Asia/Baku
  • Netanyahu dörd qəsbkarlıq planı təqdim edib

Sionist informasiya mənbələri qərb sahilindən daha çox ərazinin işğal olunmuş ərazilərə qatılması planının icrası üçün sionist rejimin baş naziri Benyamin Netanyahu tərəfindən dörd ssenarinin təqdim edilməsindən xəbər veriblər.

SaharAzeri xəbər verir, Sionist rejimin 13-cü telekanalının məlumatına görə, Benyamin Netanyahu bu rejimin xarici işlər naziri Qabi Eşkinazi, müharibə naziri Beni Qantz və parlament sədri Yariyo Levinin iştirakı ilə keçirilən iclasda qərb sahilinin otuz faizinin işğalından simvolik işğaladək olan plan barədəki dörd ssenarinin bəzi hissələrini təqdim edibdir.

Bu məlumata görə, sionist rejim başçılarının iclası heç bir irəliləyiş və ya xas bir nəticə əldə etmədən başa çatıb və qərar üzrə qarşıdakı günlərdə də bu danışıqlar Netanyahu ilə Qantz arasında davam etməlidir.

Sionist rejim sionist-amerikan «əsrin sövdələşməsi» planına əsasən və Tramp hökumətinin himayəsi ilə iyulun əvvəllərində qərb sahilinin 30 faizini qəsb edilmiş ərazilərə qatmaq fikrindədir.

Fələstin muxtariyyəti bu nəhs plana cavab olaraq, sionist rejim və ABŞ ilə əlaqələrini kəsibdir.