Sionist rejim tərəfindən
Fələstinlilərin əmlakının müsadirəsi 250% artıb
Bir beynəlxalq məlumat son ik həftə ərzində işğal olunmuş Qüdsdə və qərb sahilində fələstinlilərin evləri və əmlaklarının dağıdılması və müsadirə edilməsinin 250 faiz artmasından söz açır.
SəhərAzəri xəbər verir, BMT-nin işğal olunmuş ərazilərdəki humanitar məsələlər üzrə koordinasiya bürosu bazar günü bir məlumatda bildirib ki, ötən ik həftə ərzində fələstinlilərin evləri və əmlaklarının dağıdılması və müsadirə edilməsi cari milad ilinin əvvəlindən bəri dağılan və müsadirə olunan binaların orta həftəlik miqdarı ilə müqayisədə 250 faiz çoxdur.
Bu məlumata görə, sionist hərbçilər ötən ik həftə ərzində «icazə olmadan tikilməsi» bəhanəsilə fələstinlilərə aid olan 70 binanı müsadirə ediblər ki, bu da 90 nəfərin didərgin düşməsinə və 280 nəfərdən çox insana zərərin dəyməsinə gətirib çıxarıbdır.
Bu məlumatda sonra deyilir ki, son iki həftə ərzində doqquzu uşaq olmaqla 25 fələstinli qərb sahilində qəsbkar rejim qüvvələrilə toqquşmada yaralanıb, həmçinin 190 fələstinli də bu müddətdə həbs olunubdur.
Donald Trampın yanvarın 28-də irqçi «əsrin sövdələşməsi» planını təqdim etməsi ilə sionist rejimin fələstinlilərə qarşı cinayətləri nəzərəçarpacaq dərəcədə artıbdır.