İyun 25, 2020 16:41 Asia/Baku
  • Suriyada bir terror qrupu başçısının müavini öldürülüb

Suriyalı mənbələr bu ölkədə Əlqaidə-yə yaxın olan bir terror qrupu başçısı müavininin öldürülməsindən xəbər veriblər.

SəhərAzəri Suriyalı mənbələr bu gün bildiriblər ki, təqribən səkkiz gün bundan öncə İdlibdə terrorçuların mövqelərinə qarşı hava hücumlarında yaralanan “Hərasəddin” qruplaşması başçısının müavini Əbulqasim Əlordoni kimi tanınan Xalid Əlaruri yaralarının şiddəti üzündən ölübdür.

Suriya barədə olan digər bir xəbərə görə, bu ölkənin şimal-şərqində yerləşən bir kəndin sakinləri bu bölgədən keçmək niyyətində olan Amerika hərbi karvanını geri oturmağa məcbur ediblər.

Suriyanın şimal-şərqində yerləşən Əlhəsəkə vilayətinin Əlrəmilan bölgəsindəki bir kəndin sakinləri bu gün şüarlar vermək və daş atmaqla amerikan avtomobillərin hərəkətlərinə mane olublar.

Amerika və müttəfiqləri terror qrupları ilə mübarizə bəhanəsilə qanunsuz surətdə Suriyada hərbi iştiraka malikdirlər.

Teqlər