İyul 01, 2020 20:31 Asia/Baku
  • Qərb sahilinin ilhaqı planı qanunsuzdur

Beynəlxalq Amnistiya Təşkilatı sionist rejimin qərb sahilindən bəzi hissələri qəsb olunmuş ərazilərə qatmaq planını qanunsuz adlandırıb və onun dayandırılmasını istəyib.

SaharAzeri xəbər verir, Beynəlxalq Amnistiya Təşkilatı bu gün bir bəyanatda bildirib ki, qərb sahilinin ilhaqı planının icrası meşə qanununu yayır və sionist rejim başçıları təcili surətdə bu planın icrasından əl çəkməlidirlər.

Bu təşkilat sonra bildirib ki, beynəlxalq qanunları pozan qərb sahilinin ilhaqı planı on illərlə davam edən sakin fələstinlilərin hüquqlarının ardıcıl şəkildə pozulmasını şiddətləndirəcək.

Beynəlxalq Amnistiya Təşkilatı dünya ictimaiyyətindən istəyibdir ki, sionist rejimin işğal olunmuş ərazilərdəki qanunsuz qəsəbələr salması və ilhaq planları qarşısında qətiyyətli addımlar atsın.

Beynəlxalq Amnistiya Təşkilatının Qərbi Asiya və Şimali Afrika üzrə regional nümayəndəsinin müavini Saleh Hicazi deyib ki, ilhaq planının həyata keçirilməsi üzrə davamlı izləmələr sionist rejimin beynəlxalq qanunlara məhəl qoymadığını göstərir.

 

 

Teqlər