İyul 05, 2020 08:31 Asia/Baku

İraqda "Milli Hikmət" cərəyanının rəhbəri Seyyid Əmmar Həkim dünən bu ölkənin prezidenti Bərhəm Salih ilə görüşdə onunla, bu ölkənin iqtisadi problemləri və səhiyyə böhranı barədə məşvərət edib. Deyib ki, "İraqiyyun" koalisiyasının təşkilində məqsəd, Bağdadın hakimiyyətini qorumaqdır.

SəhərAzəri xəbər verir, cərəyanın Bağdaddakı ofisində keçirilən bu görüşdə tərəflər səhiyyə böhranı, İraqın qonşular və dünya ölkələri ilə qənaətbəxş münasibətləri və neft qiymətinin tənəzzülündən irəli gələn iqtisadi problemlərlə mübarizə barədə məşvərət ediblər.

Koronavirus epidemiyası ilə mübarizə üzrə səylərin artırılmasının vacibliyini vurğulayan Həkim və Salih bir daha bu virusla mübarizənin ön xətti kimi müalicə kadrı və şəfqət işçilərinin, eləcə də ictimai və dini qrupların səylərinə görə təşəkkür edərək, bununla qürur duyduqlarını bildiriblər.

Görüşdə qeyd olunubdur ki, bu koalisiyanın qarşısında vətən, hökumətin qorunması və onun möhkəmləndirilməsi kimi mühüm məsələlər durur və "İraqiyyun" koalisiyasının qapısı hökumətə və onun qorunmasına inananların hamısının üzünə açıqdır.

İraqda "Milli Hikmət" cərəyanının rəhbəri Seyyid Əmmar Həkim ötən çərşənbə axşamı günü 1920-ci il İraq inqilabının yüzüncü ildönümü günündə iri və əhatəli «İraqiyyun» parlament koalisiyasının təşkil edildiyini bildirdi.

Teqlər