İyul 05, 2020 14:42 Asia/Baku
  • İraq parlamenti

İraq parlamentinin sədr əvəzi Həsən Əl-Kəbi ABŞ-ın Bağdaddakı səfirliyində Patriot zenit-raket sisteminin sınaqdan keçirilməsini provakasiya və beynəlxalq hüquq normalarına zidd hərəkət kimi dəyərləndirib.

SəhərAzəri Fars xəbər agentliyinə istinadla xəbər verir ki, Həsən Kərim Əl-Kəbi qeyd edib ki, ABŞ səfirliyinin Patriot Hava Hücumundan Müdafiə sistemini Bağdadın mərkəzində bir yaşayış massivində sınaqdan keçirməsini qəbuledilməz və ABŞ-ın digər qeyri-qanuni hərəkətləri ilə yanaşı İraqa qarşı başqa bir çağırışdır. 

Qeyd edək ki, Bağdadda bu sistemin sınaqdan keçirilməsi bir uşağın ölümü ilə nəticələnib. 

İraq mediaları dünən gecə ABŞ səfirliyinin Bağdadda Patriot Hava Hücumundan Müdafiə sistemini işə salıb, sınaqdan keçirdiyini aşıqlayıblar.

Amerikalıların bu hərəkəti İraqda müxtəlif fraksiyaların qurumların etirazına və "sifarət deyil, hərbi bazadır" haştaqının yaradılmasına səbəb olub.

Teqlər