İyul 09, 2020 09:46 Asia/Baku
  • Bağdad Türkiyənin İraqın şimalına qarşı hərbi təcavüzünü pisləyib

İraqın prezident aparatı dünən gecə Türkiyənin İraqın şimalına qarşı hərbi hücumları və təcavüzünü pisləyib.

SəhərAzəri xəbər verir, İraqın prezident aparatı eyni zamanda Türkiyənin hərbi təcavüzü qarşısında qardaş ölkələrin, həmçinin Ərəb Liqasının İraqı himayə mövqeyi tutmalarına görə təşəkkür edib.

İraq Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd Əlsəhhaf da son zamanlar Türkiyənin onun ölkəsinə qarşı təcavüzlərini pisləmiş və demişdi ki, Bağdad Türkiyənin İraqın şimalına qarşı təcavüzünü BMT vasitəsilə izləyəcək.

Türkiyə son illərdə dəfələrlə Türkiyə Kürdüstanı Fəhlə Partiyası- PKK-nın ünsürlərini yatırmaq bəhanəsilə İraq ərazisinə təcavüz edib.

Bu təcavüzlər İraq hökumətinin və digər ölkələrin kəskin reaksiyaları ilə üzləşibdir.

Türkiyənin İraqın şimalındakı dağlıq bölgələrə qarşı hücumları 2015-ci ilin iyulunda, Ankara ilə PKK arasındakı atəşkəs müqaviləsinin pozulduğu zamandan bərpa olunubdur.

Teqlər