Sionist rejim ilhaq planını kənara qoysun
Fransa prezidenti sionist rejimin baş nazirindən istəyibdir ki, qərb sahilindən otuz faizin işğalı planını icra etməsin.
SəhərAzəri xəbər verir, Yelisey sarayı bu gün bir bəyanatda bildirib ki, Fransa prezidenti Emmanuel Makron sionist rejimin baş naziri Benyamin Netanyahu ilə telefon əlaqəsində ondan istəyibdir ki, qərb sahilindən otuz faizin işğalı planından vaz keçsin. Makron bildirib ki, belə bir addım beynəlxalq qanunlara ziddir.
İngiltərənin baş naziri Boris Conson da Netanyahu ilə telefon söhbətində qərb sahilinin işğalı planından bir daha nigarançılıq edib və ondan bu planı kənara qoymasını istəyib.
Sionist rejimin baş naziri Benyamin Netanyahu 2020-ci il mayın 17-də demişdi ki, qərb sahilindəki sionistsakinli qəsəbələrin işğal olunmuş Fələstin ərazilərinə qatılmasının zamanı gəlib çatıbdır.
Sionist rejimin baş naziri bu çıxışdan bir həftə sonra bildirdi ki, qərb sahilindən bəzi hissələrin ilhaqı iyulun 1-də həyata keçiriləcək və bu proqramda bir dəyişiklik olmayacaqdır. Amma Fələstinin daxilində və dünya səviyyəsində pisləmələr və müxalifətlərin kəskin dalğasının ardınca onun icrası təxirə düşdü.