İyul 11, 2020 13:31 Asia/Baku
  • Sionistlər Fələstin və Livan müqavimətlərinin raket gücünü etiraf edirlər

Sionist rejim tərəfindən nəşr edilən bir qəzetdə yazılıb: " Fələstin müqaviməti və Livanın Hizbullah hərəkatı özlərinin uzaq mənzilli və dəqiq zərbə endirmə qabiliyyətinə malik raketləri ilə işğal olunmuş ərazilərin mərkəzində yerləşən Təl-Əvivi hədəfə almağa qadirdirlər.

SəhərAzəri xəbər verir, Sionist rejimin "Yediot Ahronot" qəzetinin yazdığına görə, Qəzzə zolağınakı müqavimət qrupları və Livanın Hizbullah hərəkatı uzaq mənzilli və dəqiq zərbə endirmək qabiliyyətinə malik olan raketləri ilə Təl-Əvivin ən vacib mərkəzlərini hədəfə ala bilərlər.

Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS-ın hərbi qanadı olan ƏL-Qəssam batalyonları bu yaxınlarda dənizə doğru 10-dan çox raket atıblar.

Sionist rejimin qənaətincə, HƏMAS öz raket qabiliyyətini  gücləndirir və inkişaf etdirir.

Əl-Qüds batalyonlarının sözçüsü Əbu-Həmzə də elan edib ki, bu batalyonun ixtiyarında olan raketlər ilə Fələstinin işğal olunmuş ərazilərində bütün həyati əhəmiyyətə malik mərkəzlər və müəssisələri hədəfə almaq mümkündür.

Teqlər