İslami Cihad hərəkatı ilhaq planı qarşısında müqavimətin fəallışdırılmasını vurğulayıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i364757-İslami_cihad_hərəkatı_ilhaq_planı_qarşısında_müqavimətin_fəallışdırılmasını_vurğulayıb
Fələstin İslami Cihad hərəkatının siyasi bürosunun sədri sionist-amerikan «əsrin sövdələşməsi» planı ilə mübarizə üçün xalq müqavimətinin genişləndirilməsini istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 17, 2020 16:11 Asia/Baku
  • İslami Cihad hərəkatı ilhaq planı qarşısında müqavimətin fəallışdırılmasını vurğulayıb

Fələstin İslami Cihad hərəkatının siyasi bürosunun sədri sionist-amerikan «əsrin sövdələşməsi» planı ilə mübarizə üçün xalq müqavimətinin genişləndirilməsini istəyib.

SəhərAzəri xəbər verir, Muhəmməd Əlhindi Fələstin xalqının amalına qarşı təhlükələrə işarə edərək, deyib: Sionist rejim hər gün sionist qəsəbə salmaqla işğal planını təsbit etməkdədir və qərb sahilindəki fələstinli təşkilatların heç birinə «real hakimiyyət» istiqamətində addım atmaq icazəsi vermir.

Əlhindi ərəb ölkələrinin sionist rejimlə olan gizli koalisiyalarını kəskin surətdə tənqid edib. O, deyib: Sionist rejimin koalisiya hökumətində fələstinlilərin ərazilərindən daha çox ərazinin işğal edilməsi planının irəli sürülməsi göstərir ki, bütün sionistlər Fələstin məsələsində müttəfiqdirlər.

Sionist rejimin baş naziri Benyamin Netanyahu iyulun birindən qərb sahilindən daha çox bölgəni işğal olunmuş ərazilərə qatmaq üzrə qalmaqallı planı icra etmək niyyətində idi, amma geniş beynəlxalq tənqidlərə və müxalifətlərə görə, bu plan indiyədək icra olunmayıbdır.