Əlkazimi Əltarumiyyə terror hadisəsi amillərinin həbsi barədə göstəriş verib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i364765-Əlkazimi_Əltarumiyyə_terror_hadisəsi_amillərinin_həbsi_barədə_göstəriş_verib
İraqın baş naziri və bu ölkənin silahlı qüvvələrinin baş komandanı Əltarumiyyə terror hadisəsi amillərinin həbsi barədə təhlükəsizlik qüvvələrinə göstəriş verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 18, 2020 04:07 Asia/Baku
  • Əlkazimi Əltarumiyyə terror hadisəsi amillərinin həbsi barədə göstəriş verib

İraqın baş naziri və bu ölkənin silahlı qüvvələrinin baş komandanı Əltarumiyyə terror hadisəsi amillərinin həbsi barədə təhlükəsizlik qüvvələrinə göstəriş verib.

SəhərAzəri xəbər verir, İŞİD ünsürləri dünən axşam Bağdaddan şimalda yerləşən Əltarumiyyə rayonunda İraq ordusunun altıncı qoşununun 59-cu diviziyasının komandanı briqada generalı Əli Həmid Qəydan Əlxəzrəcini aparan avtomobilə hücum edərək, onu terror ediblər.

Bu hücumda bir neçə nəfər də ölüb və yaralanıbdır.

İraqın baş naziri öz göstərişində bu ölkənin təhlükəsizlik və kəşfiyyat qüvvələrindən istəyibdir ki, qeyd olunan terror hadisəsi ünsürlərinin aşkar və həbs edilmələri üçün lazımi və təcili addımlar atsınlar.

İŞİD terror qrupu ötən bir neçə ay ərzində son iki il ilə müqayisədə İraq paytaxtının şimal, qərb və şərq bölgələrində, başqa sözlə, Səlahəddin, Kərkük, Diyalə və Ələnbar vilayətlərində misli görünməmiş fəaliyyətlərə malik olublar.