İyul 28, 2020 07:17 Asia/Baku
  • Netanyahu Hizbullahı sionist rejimə qarşı real təhdid adlandırıb

Sionist rejimin baş naziri Hizbullahın bu rejimin bazar ertəsi günü Livanın cənubuna qarşı hücumu haqdakı bəyanatına reaksiya verib.

SəhərAzəri xəbər verir, Netanyahu bildirib ki, Hizbullahın bəyanatı Təl-Əvivin real təhdid qarşısında durduğunu göstərir.

Benyamin Netanyahu sionist rejim ordusunun hər cür təhdid ilə rəftara hazır olmasından xəbər verən bu rejimin müharibə naziri Beni Qants ilə birgə mətbuat konfransında deyib ki, Hizbullah odla oynayır.

Netanyahu iddia edib ki, Təl-Əvivə qarşı hər cür hücum böyük reaksiyaya səbəb olacaqdır.

Sionist rejimin müharibə naziri Beni Qants da bu mətbuat konfransında deyib ki, bu rejim ordusu hər cür təhdidlə mübarizə aparmağa hazırdır.

Sionist reim ordusu dünən Livanın Kəfər-Şuba təpələrinə və işğal olunmuş Şəbaa əkin sahələrinə hücum etdi.

Bu hücumdan sonra bəzi sionist mənbələr bildirdilər ki, Şəbaa əkin sahələrində Hizbullah döyüşçüləri ilə sionist rejim hərbçiləri arasında atışma baş veribdir.

Livan Hizbullahı da bir bəyanatda sionist mediaların iddialarını təkzib etməklə bildiribdir ki, bu mediaların işğal olunmuş Fələstin ərazilərinə qarşı əməliyyat və müqavimət qüvvələrinin şəhid olmaları və yaralanmaları barədəki məlumatları həqiqətə uyğun deyil və yalnız xəyali və yalan qələbələr ixtira etmək üzrə sionistlər tərəfindən göstəirlən əbəs cəhddir.

Teqlər