Səud koalisiyasının Yəmənə hücumu nəticəsində 12 nəfər ölüb və ya yaralanıb.
Təcavüzkar səud koalisiyasının Yəmənin "Zale" vilayətinə hücumu nəticəsində 12 mülki şəxs ölüb və ya yaralanıb.
SəhərAzəri xəbər verir, təcavüzkar səud koalisiyasının bu gün səhər saatlarında Yəmənin "Zale" vilayətinə etdiyi hücumuda, biri qadın olmaqla dörd mülki şəxs ölüb, 8-i isə yaralanıb.
Yəmənin hərbi mənbələri səud koalisiyasının son 24 saat ərzində Əl-Hüdeydə ətəşkəsini 99 dəfə pozduğundan xəbər veriblər.
Səudiyyə Ərəbistanı ABŞ, BƏƏ və bir neçə digər ölkənin dəstəyilə 2015-ci ilin mart ayından Yəmənə hücum edib və bu ölkəni hava, quru və dənizdən mühasirəyə alıb.
Ərəbistan və müttəfiqlərinin Yəməndəki militarızmi indiyədək on altı mindən çox yəmənlinin ölümü, on minlərlə insanın yaralanması və milyonlarla yəmənlinin didərgin düşməsi ilə nəticələnib.
Ərəbistanın hərbi təcavüzü, həmçinin yoxsul Yəmən ölkəsini kəskin qida və dərman çatışmazlığı ilə üzləşdirib.