Avq 09, 2020 14:41 Asia/Baku
  • Beyrutda zorakılıqla müşayiət olunan aksiyada ölən və yaralananlar var

Qərbyönlü 14 mart cərəyanına yaxın etirazçılar dövlət idarələrinə və banklara hücum etməklə paytaxt Beyrutda iğtişaşa səbəb olublar.


Sahar Azari bildirir ki Beyrut şəhəri dünən axşam Livanda qərbyönlü 14 mart cərəyanına yaxın mediaların təhrikləri nəticəsində Beyrut limanındakı son partlayışa və məişət durumuna qarşı etirazların şahidi olubdur.

Bu iğtişaşlarda bir polis qüvvəsi ölüb, 180 nəfər də yaralanıbdır.

Etiraz dalğasının böyüməsinin ardınca, Livanın daxili işlər nazirliyi və Livan ordusunun komandanlığı bəyanatlar veriblər. Onlar xalqın Beyrut partlayışı ilə bağlı hiddətini dərk etdiklərini bildirərək, etirazçıların zorakılıqdan və ictimai əmlaka zərər vurmaqdan çəkinmələrini istəyiblər.

Teqlər