Mossad şefi bu gün Əbu-Dəbiyə gedir
Mossad şefi bu gün Əbu-Dəbiyə gedir
Birləşmiş Ərəb Əmirlikləri və sionist İsrail rejimi arasında anlaşmanın əldə olunmasından iki gün sonra Mossad şefi Yusi Kohen Əbu-Dəbiyə səfər edir.
Səhər Azəri bildirir ki, Mossad şefi Yusi Kohen Əmirliklərin vəliəhdiilə görüşmək məqsədilə bu gün bazar Əbu-Dəbiyə səfər edəcək.
Bu məlumata görə, sionist "Məkan" radiosu İsrailin casusluq təşkilatı Mossad-ın başçısı Yusi Kohenin Birləşmiş Ərəb Əmirliklərinin vəliəhdi Məhəmməd bin Zaid Ali-Nihyan ilə görüşüb, danışıqlar aparmaq məqsədilə bu gün Əbu-Dəbiyə səfər edəcəyindən xəbər verib.
Qaynağın bildirdiyinə görə Yusi Kohen BƏƏ və İsrail arasında əldə olunmuş anlaşmanın detallarını muzakirə etmək məqsədilə Əbu-Dəbiyə səfər edir.
Bundan öncə də Yusi Kohenin dəfələrlə gizli şəkildə BƏƏ-yə səfər etməsinə dair xəbərlər dərc olunub.