Livan Hizbullahı:
Sərhəddəki gərginliyin səbəbkarı Sionist rejimdir.
Livan parlamentindəki Hizbullah fraksiyasının nümayəndəsi vurğulayıb ki, cənub sərhədindəki təhlükəsizlik gərginliyi yalnız Hizbullahın, işğal altındakı ərazilərə sızması və Sionist ordusuna qarşı əməliyyatlar aparmaq ehtimalı ilə bağlı İsrailin nigaranlığını əks etdirir.
SəhərAzəri Sputnik-ə istinadla xəbər verir, Livan Hizbullah fraksiyasının nümayəndəsi Vəlid Səkriyə deib: Cənub sərhədindəki təhlükəsizlik gərginliyi yalnızsionistlərin narahatlığını əks etdirir, beləki hansısa bir əməliyyatın edildiyini zənn edərək, müqavimətin təsiri qorxusudan əməliyyat keçirdilər. Həmişə gərgin və narahat vəziyyətdədirlər və İsrailin hücumunda Suriyadakı müqavimət üzvünün şəhid olması səbəbindən müqavimətin cavab verməsini gözləyirlər. İsraillilər ayıq və ehtiyatlı qalırlar və sərhəddəki hər hərəkətlə müqavimətin sızdığını düşünürlər, buna görə işıq şualı bomba və Dron-dən istifadə edirlər.
Vəlid Səkriyə Deyib: "Bu gərginliyi müqavimət yox, İsrail yaratdı. Müqavimət müharibə axtarmır, İsrail müharibəyə getmədiyi üçün müqavimət müharibəyə getməyə çalışmır. Suriyadakı müqavimət üzvünün şəhid olmasına cavab olaraq, uyğun siyasi vəziyyəti və yeri və hərbi vəziyyəti seçəcəyik."
O, həmçinin vurğulayaraq deyib: Livan olaraq, Beynəlxalq Sülhməramlı Qüvvələrin (UNIFEL) Cənubdakı missiyasındakı hər hansı bir dəyişikliyə qarşıyıq, Çünki ABŞ-ın bu qüvvələri dəyişdirmək istəyinin məqsədi onları İsrailə xidmət etmək üçün muzdlu və casuslara çevirmək istəyini bilirik və bu da BMT-nin sülhməramlı qüvvəsinin rolu deyil.
Qeyd edək ki, Bundan əvvəl İsrail ordusunun sözçüsü Avikha Adrei demişdi, İsrail helikopterləri sərhəd bölgələrində Hizbullah hədəflərini vurub.