İraq prezidenti: “Türkiyə İraq torpaqlarına hücumlarını dayandırmalıdır”
İraq prezidenti Fransanın müdafiə naziri ilə görüşdə Türkiyənin bu ölkə ərazisinə hərbi hücumlarının dayandırılması vacibliyini vurğulayıb.
SəhərAzəri xəbər verir, İraq prezidenti Bərhəm Saleh Fransanın müdafiə naziri Florens Parli ilə Bağdadda keçirilən görüşü zamanı əlavə edib: "Sülh və təhlükəsizliyi təhdid edən terror mərkəzlərinin məhv edilməsi üçün beynəlxalq səviyyədə sinerji olmalıdır".
Parli də rəsmi Parisin İraqın sabitliyi və suverenliyini dəstəklədiyini bəyan edərək, qeyd edib ki, Fransa İraq torpağına hücumların qarşısını almaq üçün bu ölkənin kənarında olacaq".
Bu görüşdə İraq və Fransa arasındakı ikitərəfli əlaqələr, təhlükəsizlik və hərbi sahələrdə əməkdaşlıq perspektivinin genişləndirilməsi, həmçinin son regional və beynəlxalq proseslər müzakirə olunub.