Sionist rejim və BƏƏ Yəməndə casusluq bazaları tikəcəklər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i366545-sionist_rejim_və_bƏƏ_yəməndə_casusluq_bazaları_tikəcəklər
Əmirliklər-sionist rejim münasibətlərinin adiləşdirilməsinin ardınca Əbu-Dəbi və Təl-Əviv Yəmənin strateji «Sukutra» bölgəsində casusluq bazalarının yaradılması sahəsində həmkarlıqdan xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 28, 2020 08:24 Asia/Baku
  • Sionist rejim və BƏƏ Yəməndə casusluq bazaları tikəcəklər

Əmirliklər-sionist rejim münasibətlərinin adiləşdirilməsinin ardınca Əbu-Dəbi və Təl-Əviv Yəmənin strateji «Sukutra» bölgəsində casusluq bazalarının yaradılması sahəsində həmkarlıqdan xəbər veriblər.

SəhərAzəri xəbər verir, Sionist rejim və BƏƏ nümayəndələrindən ibarət birgə heyət hərbi və casusluq bazalarının inşası üçün ehtimal olunan məkanların araşdırılması məqsədilə «Sukutra» adasına səfər edib.

Bu bazaların inşasında məqsəd, Fars Körfəzinin hər yerindən, Babulməndəb boğazından, həmçinin Afrika buynuzu və Ədən Körfəzi ilə yanaşı, Yəmənin cənubundan informasiya toplamaq və casusluqdur.

«Sukutra» adası Babulməndəb boğazına çıxan strateji bir bölgədə yerləşir.

Əmirliklər səud koalisiyasında və Yəmən xalqının qırğın edilməsində əsas rola malikdir.

Əmirliklər və sionist rejim avqustun 13-də ikitərəfli münasibətlərin adiləşdirilməsi barədə sazişdən xəbər verdilər.