Avq 30, 2020 22:40 Asia/Baku
  • İsrail ilə əlaqələrin normallaşdırılmasına qarşıyıq

Livan Hizbullahının baş katibi bu hərəkatın işğalçı sionist rejimi heç bir vəchlə rəsmən tanımayacağını deyib.

Səhər Azəri bildirir ki, Seyid Həsən Nəsrullah bu sözləri Aşura münasibətilə etdiyi çıxışda deyib. 

Seyid Həsən Nəsrullah çıxışının əvvəlində dünyada koronavirus infeksiyasının yayılmasına işarə edərək, bu ilki Aşura mərasimini kədərli adlandırdı. Hər il Hüseyn(ə) aşiqlərinin şövqlə əzadarlıq etdiyi küçələr bu gün koronavirusa görə boş qalıb. 

Livan Hizbullahının baş katibi daha sonra deyib: Öz torpaqlarında, öz ölkələrində yaşamaq, izzət və müstəqilliyə malik olmaq haqqına sahib olmalıdırlar. Ölkələrinin təbii sərvətlərinin həqiqi sahibi olmalıdırlar. Amma, imperialist qüvvələr öz hakimiyyətlərini diktə və xalqların sərvətlərini qarət etmək istəyirlər. 

Nəsrullah daha sonra Yəmən müharibəsinə işarə edərək dedi: 6 ildir ki, davam edən bu müharibənin başında Amerika dayanır. Ərəbistan və Birləşmiş Ərəb Əmirlikləri isə Amerikanın silahlarını alaraq, Yəmənə qarşı istifadə etmək üçün vasitədən başqa bir şey deyillər. 

Teqlər