Ərəbistan Yəməndə qida maddələri daşıyan yük maşınına havadan hücum edib
Sen 09, 2020 09:38 Asia/Baku
Səud koalisiyasının qırıcıları Yəmənin mərkəzində yerləşən Marəb vilayətinin bəzi bölgələrini bombalayıblar.
SəhərAzəri xəbər verir, Səud koalisiyasının qırıcıları dünən gecə Marəb vilayətinin Mahliyyə şəhərini bombalayaraq, qida maddələri daşıyan bir yük maşınını hədəfə alıblar. Nəticədə bir qrup mülki ölüb və yaralanıb.
Bu qırıcılar on beş dəfə Mahliyyə şəhərini bombalayıblar.
Yəmənin ordusu və xalq komitələri bir neçə gün bundan öncə Mahliyyə şəhərini səud təcavüzkarları və muzdurlarının işğalından azad ediblər.
Yəmənin mərkəzində yerləşən Marəb vilayəti bu ölkənin şimalı və cənubunu bir-birinə qovuşdurur və strateji əhəmiyyətə malikdir.