İslam İnqilabı əzəmətli Ərbəin mərasiminə yol açıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i368114-İslam_İnqilabı_əzəmətli_Ərbəin_mərasiminə_yol_açıb
Seyyid Həsən Nəsrullah vurğulayaraq bildirib ki, dünya xalqları televiziyalarda milyonlarla Hüseyn zəvvarını görərək İmam Hüseyn (ə) qiyamı və hədəfləri barədə geniş məlumat əldə ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 08, 2020 10:04 Asia/Baku
  • İslam İnqilabı əzəmətli Ərbəin mərasiminə yol açıb

Seyyid Həsən Nəsrullah vurğulayaraq bildirib ki, dünya xalqları televiziyalarda milyonlarla Hüseyn zəvvarını görərək İmam Hüseyn (ə) qiyamı və hədəfləri barədə geniş məlumat əldə ediblər.

SəhərAzəri xəbər verir, Livan Hizbullahının Baş katibi Ərbəin münasibətilə Kərbəlaya milyonlarla zəvvarın getməsinin çox vacib bir fenomen olduğunu söyləyib.
Seyid Həsən Nəsrullah, keçmişdə mövcud olmasına baxmayaraq müxtəlif bölgələrindən eyni zamanda milyonlarla kərbəla zəvvarının geniş və vüsətli yürüşünü yeni və əhəmiyyətli bir fenomen olaraq izah edib.
Livan Hizbullahının Baş katibi əlavə edib: Son 40-50 il ərzində və bir sıra İslam ölkələrində İslam hərəkatı və oyanışının başlamasından və xüsusilə də İmam Xomeyni (rə)-in rəhbərliyi altında İranda İslam İnqilabının qələbəsindən və bölgədə əldə edilən böyük dəyişiklikdən, həm də Səddamın İraqda süqutundan sonra Ərbəin mərasiminin keçirilməsi üçün zəmin yarandı.