ABŞ-ın hərbi karvanı İraqdan Suriyaya daxil olub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i368268-abŞ_ın_hərbi_karvanı_İraqdan_suriyaya_daxil_olub
Suriyanın rəsmi mənbələri hərbi texnika və silah-sursat, həmçinin ABŞ-ın işğalçı qüvvələrini daşıyan 20 yük maşınından ibarət bir karvanın İraq sərhədindəki qanunsuz Əl-Vəlid keçidindən Suriya torpağına daxil olduğunu bildiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 12, 2020 05:43 Asia/Baku
  • ABŞ-ın hərbi karvanı İraqdan Suriyaya daxil olub

Suriyanın rəsmi mənbələri hərbi texnika və silah-sursat, həmçinin ABŞ-ın işğalçı qüvvələrini daşıyan 20 yük maşınından ibarət bir karvanın İraq sərhədindəki qanunsuz Əl-Vəlid keçidindən Suriya torpağına daxil olduğunu bildiriblər.

SəhərAzəri xəbər verir, Suriyanın rəsmi xəbər agentliyi SANA-nın məlumatına görə, bu karvan Suriya sərhədindən Əl-Ramilan bölgəsinə və oradan Əl-Qəhtaniyyə-Əl-Qamışlı marşurutu vasitəsilə Suriyanın şimal-şərqində və Türkiyə sərhədində yerləşən Əl-Qamışlı şəhərinə doğru yola düşüb. 

Bu hərəkətdən məqsədin, Həsəkənin yaxınlığında yerləşən qanunsuz bazadakı ABŞ qüvvələrini gücləndirmək olduğu bildirilib.

Bu xəbər, SANA-nın ABŞ-ın işğalçı qüvvələri tərəfindən Suriya quyularından oğurlanan neftin yeni bir partiyasının İraqa göndərilməsi xəbərini verdikdən bir neçə saat sonra yayılıb.