Qəzzə zolağı ilə sərhəddə sionist «əkin sahələri yolu» planı
Media mənbələri sionist rejim ordusu tərəfindən Qəzzə zolağı ilə sərhəddə «əkin sahələri yolu» adlı planın icrasından xəbər veriblər.
SəhərAzəri xəbər verir, Sionist «Yediot Aharonot» qəzeti dünən bir reportajda bildiribdir ki, sionist rejim ordusu «əkin sahələri yolu» adlı plan əsasında, ehtimal olunan gələcək savaşda bu rejimin zirehli avtomobilləri və tankları üçün Qəzzə zolağı ilə sərhəddə, on-larla kilometr yol salmaq niyyətindədir.
Bu məlumata görə, sionist rejimin «əkin sahələri yolu» planını icra etmək üzrə hərəkəti 2014-cü ildə Qəzzə zolağında baş vermiş müharibədəki məğlubiyyətin nəticəsidir.
Həmin əlli bir günlük savaşda sionist rejimin zirehli avtomobilləri və tankları sionist qəsəbə sakinlərinin əkin sahələrindən keçməklə onlara böük ziyanlar vurmuşdular.
Sionist rejim televiziyası da son zamanlar bu rejimin Qəzzə zolağı ilə sərhəddə yeraltı divar inşasının başa çatmasından xəbər veribdir.