Ayətullah Sistaninin Sionist rejiminin məhsulları barədə fətvası
Okt 17, 2020 15:23 Asia/Baku
İraqın böyük mərcəyi-təqlid alimi Ayətullah Seyid Əli Hüseyni Sistaninin ofisi verilən suala cavab olaraq, Sionist rejimin istehsal etdiyi mallarla ticarətin icazəli olmadığını bildirib.
SəhərAzəri Deyerler-ə istinadla xəbər verir, Ayətullah Seyyid Əli Sistani sionist rejim tərəfindən hazırlanan və ya ona bağlı məhsulların ticarətinə icazə verməyib.
Ayətullah Sistani ofisinin saytı mənfəət və gəlirlərinin bir hissəsini Sionist rejimin dəstəklənməsinə sərf edən mərkəzlərdən alqı-satqının icazəli olub olmadığına dair suala cavab olaraq bunları yazıb: "Sionist rejiminin məhsulları ilə yanaşı, Sionist rejiminə təsirli şəkildə dəstək verdiyi sübut edilmiş şirkətlərin məhsulları ilə də ticarət etmək olmaz".