Okt 20, 2020 19:29 Asia/Baku

Sionist rejimin nümayəndə heyətinin Bəhreynə səfəri ilə eyni zamanda, Bəhreynin qəzəbli xalqı etiraz olaraq Sionist bayrağını yandırıblar.

SəhərAzəri xəbər verir, “Bəhreyn 14 Fevral İnqilabının Gənclər Koalisiyası” İnstaqram hesabında bir video yayımlayaraq  yazib: Sionist rejimin nümayəndə heyətinin Bəhreynə səfəri ilə eyni zamanda, Bəhreynin qəzəbli xalqı münasibətlərin normallaşmasına etiraz olaraq bu cinayəti törədən diktator hökmdarların fotolarını və Sionist bayrağını yandırıblar. Bu videoda Bəhreynlilər “Amerikaya ölüm” və “İsrailə ölüm” şüarları da səsləndiriblər. 

“Bəhreyn 14 Fevral İnqilabının Gənclər Koalisiyası”, Bəhreynin Kərbabad sakinlərindən də video nəşr ediblər ki, 
Sionist rejimin nümayəndə heyətinin gəlişi ilə eyni zamanda, Ali-Xəlifə və sionistlər ilə münasibətlərinin normallaşmasına qarşı olduqlarını gostərmək üçün etiraz etməyə başlayıblar. 
Bu videoda Bəhreyn xalqı "İsrailə ölüm", "ABŞ-a ölüm" və "Ramallahdan Bəhreynə ... bir millət deyil, iki xalq" şüarları səsləndiriblər.

 

Teqlər