Qaşıqçının nişanlısı Məhəmməd bin Salmanı məhkəməyə verdi
Səudiyyə rejiminin İstanbuldakı Baş Konsulluğunda qətlə yetirilən səudiyyəli müxalif jurnalist Camal Qaşıqçının nişanlısı Xədicə Cengiz Səudiyyə rejiminin vəliəhd şahzadəsi Məhəmməd bin Salman və bəzi rəsmiləri cinayətə görə məsuliyyətə cəlb etmək üçün ABŞ-da məhkəməyə verib.
SəhərAzəri Deyerler-ə istinadla xəbər verir ki, Cengiz və Ərəb Dünyası üçün İndi Demokratiya Platforması Məhəmməd bin Salman və bəzi Səudiyyə rejiminin rəsmilərinə qarşı paytaxt Vaşinqtonda bir iddia qaldırıb.
Anadolu Agentliyinin hesabatına görə, ərizədə “Cənab Qaşıqçıya vəhşicəsinə işgəncə verilməsi və öldürülməsi bütün dünyada insanların vicdanını şoka saldı” ifadəsi yazılıb.
Bu qətlin məqsədinin ABŞ-da hüquq müdafiəçisi olan Qaşıqçının susdurulması olduğunu açıq şəkildə vurğulayan mətndə aşağıdakılar qeyd edilib: “Bu cinayət müttəhim Səudiyyə rejiminin vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın əmri ilə həyata keçirildi. Təqsirləndirilənlər, Qaşıqçının ABŞ-dakı hərəkətlərini onların mənafelərinə qarşı mövcud bir təhdid olaraq gördülər və bu işin mövzusu olan çirkin hərəkətlərini qurdular”.
Cinayət işinin mətnində Xədicə Cengizin maddi cəhətdən Qaşıqçıya bağlı olduğu və bu cinayətlə Cengizin “sevdiyini, dostunu, mənəvi dəstəyini və sevgisini” itirdiyi qeyd edilib.