Noy 01, 2020 09:02 Asia/Baku
  • PKK iraq Kürdüstanındakı neft boru kəmərində baş vermiş partlayışın məsuliyyətini üzərinə götürüb

iraq Kürdüstanındakı medialar xəbər veriblər ki, PKK qruplaşması bu bölgədən Türkiyəyə xam neft ötürən neft boru kəmərində baş vermiş partlayışın məsuliyyətini üzərinə götürübdür.

SəhərAzəri xəbər verir, Türkiyə Kürdüstanı Fəhlə Partiyası- PKK/ xəbər saytlarında və medialarda bildiribdir ki, bu qruplaşmanın yaraqlı ünsürləri bir əməliyyatda Türkiyənin Mardin vilayətindəki «Bağuk» bölgəsindən keçən İraq Kürdüstanının neft boru kəmərini hədəfə alıblar.

iraq Kürdüstanının yerli hökuməti dünən səhərin ilk saatlarında rəsmən terror hərəkəti nəticəsində bu bölgədən Türkiyə vasitəsilə neft ixracatının kəsilməsini pisləyibdir.

Ərbil rəsmilərinin sözlərinə görə, partlayış ötən çərşənbə günü baş verib və neft ixracatı tam şəkildə dayanıbdır.

İraq mediaları dünən həmçinin bu ölkənin cənubundakı Əlmusənna vilayətində yerləşən qaz boru kəmərində güclü partlayışın baş verməsindən xəbər veriblər. Bildriblər ki, bu hadisədə azı üç nəfər ölüb, 25 nəfər də yaralanıbdır.

Teqlər