Dek 05, 2020 17:26 Asia/Baku
  • Livanda Muhəmməd Bin Salmanın şəkili yandırıldı

Muhəmməd Bin Salmanın fotoları Livanın şimalındakı Əl-Bədəvi düşərgəsində sionist rejimlə münasibətlərin normallaşmasına etiraz olaraq təşkil edilən mitinq zamanı yandırılıb.

SəhərAzəri xəbər verir ki, Livanın şimalındakı Əl-Bədəvi Fələstin düşərgəsində Fələstin xalqı ilə həmrəylik və Səudiyyə rejiminin sionist rejimlə münasibətlərinin normallaşmasına etiraz olaraq mitinq keçirilib.

Fələstinlilər etiraz zamanı münasibətlərin normallaşmasını pisləyən şüarlar səsləndirərək, ABŞ prezidentinin, sionist rejimin baş naziri Netanyahu və Muhəmməd Bin Salmanın fotolarını yandırıb. İsrail rejiminin mənbələri, sionist rejimin baş nazirinin keçən həftə Səudiyyə rejiminin şimal-qərbindəki Naum şəhərində Muhəmməd Bin Salman ilə görüşdüyünü bildirib. Son vaxtlar bəzi ərəb ölkələri ilə sionist rejimi arasındakı münasibətlərin normallaşmasının ardından Livandakı siyasi, İslami şəxsiyyətlər və tanınmış media xadimləri bu fenomenə qarşı cəbhə yaratmağa başlayıb. Qeyd edək ki, BƏƏ və Bəhreyn rejimi, sionist rejimlə razılaşması elan edildikdən sonra, sentyabrın 15-də Ağ Evdə ABŞ prezidenti və sionist rejimin baş naziri Netanyahunun iştirakı ilə vəziyyəti normallaşdırmaq üçün razılaşma imzaladı.

Teqlər